Facebook Instagram və Whatsapp-ı itirə bilər
ABŞ hökuməti yeni məhkəmə iddiası qaldırır...Dünyanın ən böyük sosial şəbəkəsi, ABŞ-ın texnologiya nəhəngi Facebook biznesinin böyük bir hissəsini itirmək riski ilə üzləşib.
Marja xəbər verir ki, Federal Ticarət Komissiyası ötən ilin dekabrında şirkətə qarşı qaldırdığı, lakin məhkəmənin rədd etdiyi iddiasını yeniləyib.
80 səhifəlik iddia ərizəsində Facebook-a qarşı irəli sürülən əsas ittihamlar “şirkətin bazardakı inhisarçı mövqeyindən istifadə edərək, potensial rəqiblərin inkişafına imkan verməməsi, onlara qarşı “satın al, yaxud dəfn et” yanaşmasını tətbiq etməsi, iri miqyaslı istifadəçi bazasına əsaslanaraq, digər innovativ şəbəkələrin daha təkmilləşmiş texnologiyalara çıxışını əngəlləməsi”dir.
İddia ərizəsində həmçinin, Facebook-un 2012-ci ildə 1 milyard dollara aldığı Instagram və 2014-cü ildə 19 milyard dollara öz mülkiyyətinə çevirdiyi Whatsapp sosial şəbəkələrinin də antiinhisar qanunvericiliyini pozaraq əldə edildiyi bildirilir və məhkəmədən həmin bizneslərin Facebook-dan ayrılması barədə qərar çıxarılması istənilir.
Facebook özünün Twitter hesabında “Federal Ticarət Komissiyasının bu əsassız iddiaları yenidən gündəmə gətirdiyindən təəssüfləndiyini” bildirib. “Biz hər gün insanların vaxtını və diqqətini qazanmaq üçün mübarizə aparırıq və şirkətimizi yorulmadan müdafiə etməyə davam edəcəyik.” - açıqlamanın davamında qeyd olunub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 11 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)






.jpg)







