Bugünkü brifinqdə verilən ən mühüm məlumatlar
Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Marja.az brifinqdə verilən məlumatlardan ən mühümlərini təqdim edir.
- Son günlərdə Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə olunur. Yoluxma əmsalı 23 %-ə çatıb (test verənlərin 23%-də koronavirus aşkarlanır). Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib.
-Azərbaycanda COVID-ə yoluxanların 94%-də "Delta" ştammı aşkarlanıb.
- Hazırda vaksin məcburi deyil.
- Azərbaycanda indiyədək əhalinin 24 faizi vaksin olunub (hər iki dozanı qəbul etmiş).
- Peyvəndləməni 60%-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək.
- Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib.
- Azərbaycanda vaksin olunanlar arasında 0,6 % yoluxma halı müşahidə olunub.
- Koronavirusdan vəfat edənlərin 99%-i vaksin olunmayanlardır.
- Mart ayından bu günə qədər COVID-19-a yoluxub reanimasiyaya düşənlərin 96%-i peyvənd olunmayanlardır.
- Vəziyyəti ağırlaşıb süni tənəffüs aparatına qoşulan xəstələrin 97%-i vaksin olunmayanlardır.
- Yaşlı insanlar, immun problemi olanlar, tibb işçiləri 6 ay sonra əlavə 1 doza da vaksin vurdursalar, effektiv olar.
- Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur.
- Sentyabrın 1-dən iri ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacaq.
- Xırdatutumlu ticarət obyektlərində, yəni kiçik marketlərdə hansısa COVID pasportu tələb olunmur.
- Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur.
- Uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu tələb olunmayacaq. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var.
- Hazırda kinoteatrların açılması müzakirə olunmur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)





