Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

PayPal, İngiltərə müştərilərinə kriptovalyuta əməliyyatları təqdim edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
PayPal, İngiltərə müştərilərinə kriptovalyuta əməliyyatları təqdim edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Onlayn ödəmə sistemi "Paypal", Bazar ertəsi günü İngiltərədəki müştərilərinə PayPal istifadə edərək kriptovalyutalar almağa, saxlamağa və satmağa imkan verən yeni bir xidmət istifadəyə verdiyini açıqlayıb. 

Marja şirkətdən verilən məlumata istinadən xəbər verir ki, bu, ABŞ xaricində olan müştərilərə ilk dəfə təklif olunur.

Reklam_3_11

İngiltərədə bu xidmətdən istifadə etmək istəyənlər dörd kriptovalyutadan birini seçə bilərlər - Bitcoin, Litecoin, Ethereum və Bitcoin Cash.

"PayPal"ın vitse -prezidenti José Fernández da Ponte, "Pandemiya, pulun rəqəmsallaşdırılması və istehlakçıların rəqəmsal maliyyə xidmətlərinin mənimsənilməsi də daxil olmaqla həyatımızın bütün sahələrində rəqəmsal dəyişikliyi və yeniliyi sürətləndirdi" deyib. 

2020-ci ilin noyabr ayında "PayPal" amerikalı müştərilərə kriptovalyuta ilə əməliyyatlar aparmağa icazə verib və bu ilin mart ayından ABŞ -dakı istifadəçilər kriptovalyuta ilə ödəniş edə bilirlər.

QİYMƏTİ YENİDƏN 50 MİN DOLLARI AŞIB

Xəbər verdiyimiz kimi "Bitcoin"in qiyməti bazar ertəsi günü keçirilən ticarət sessiyası zamanı 2,27% bahalaşaraq yenidən 50 min dolları keçib. Sonuncu dəfə kriptovalyutanın qiyməti 15 may 2021 -ci il tarixində 50 min dolların üzərində olmuşdu.

Onlayn ödəmə Paypal
23.08.2021 13:14
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18