“Unicapital”da daha bir təyinat
Maliyyə-investisiya bazarları sahəsində çoxillik təcrübəyə və biliyə malik olan daha bir peşəkar kadr bu günlərdə “Unicapital” İnvestisiya Şirkətinin komandasına qoşulub.
Şirkətin baş menecerinin qərarı ilə Vüqar Namazov “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Baş menecerinin müşaviri vəzifəsinə təyin olunub. Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, bu qərar “Unicapital”ın strateji planlarına daha qısa zamanda çatmasın təkan verəcək.
Vüqar Namazov bu vəzifəyə təyin olunanadək "Aqrar Tədarük və Təchizat" ASC-də İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışıb. O, 13 ildən artıq Bakı Fond Birjasında müxtəlif rəhbər vəzifələrdə, 2016-2019-cu illərdə isə İdarə Heyətinin sədri olaraq çalışıb. V.Namazov həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetində qiymətli kağızlar bazarı, əməliyyatlar menecmenti, portfel idarəetməsi üzrə mühazirə dərsləri aparır.
Vüqar Namazov Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası üzrə bakalavr və Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alıb. Bir çox beynəlxalq ixtisas sertifikasiyalarının o cümlədən, ABŞ Layihələrin İdarə Edilməsi İnstitutunun (PMI) Peşəkar Layihə Meneceri (PMP) sertifikatının sahibidir. 2021-ci ildə Kellog Biznes Məktəbinin Təşkilati liderlik ixtisası proqramını bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Kapital bazarları ticarət sistemləri və infrastrukturu, alternativ maliyyələşmə həlləri, İPO, törəmə maliyyə alətlərinin tətbiqi və s. istiqmətlərdə bir çox məqalə və araşdırmaların müəllifidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 23 d. əvvəl
-
25 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)





