1 hektar taxıl sahəsini sığortalamaq 5,5 manata başa gəlir
Aqrar sığorta ilə bağlı Quba və Qusarda fermerlərlə görüşlər keçirilib
Azərbaycanda kənd təsərrüfatının, xüsusilə də meyvəçiliyin geniş yayıldığı şimal bölgələrində fermerlər və iş adamları aqrar sığorta barədə məlumatlandırılıblar.
Aqrar Sığorta Fondunun nümayəndələri Quba və Qusar rayonlarında fermer və iş adamları ilə çoxsaylı görüşlər keçiriblər.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) yaxından təşkilatçılığı və dəstəyi ilə Qusar rayonunda görüşlər rayonun əsas kənd təsərrüfatı əraziləri sayılan Piral, Yasab, Gədəzeyxur, İmamqulukənd kəndlərində və Samur qəsəbəsində keçirilib.
Qaba rayonunda isə DAİM-in dəstəyi ilə keçrilən görüşlər rayonun Vəlvələkənd kəndi, Vladimirovka kəndi və DAİM-də baş tutub.
Görüşlərdə Aqrar Sığorta Fondunun nümayəndələri yerli fermerləri aqrar sığorta mexanizmi, onun şərtləri və üstünlükləri barədə məlumatlandırıblar.
Fermerlərə bildirilib ki, dövlətin dəstəyi ilə tətbiq edilən aqrar sığorta vasitəsilə hazırda 14 növ bitkini (arpa, buğda, qarğıdalı, çəltik, pambıq, tütün, çay, kartof, şəkər çuğunduru, üzüm, fındıq, limon, naringi və portağal) və südlük inək-camışları sığortalamaq mümkündür.
Aqrar sığortada fermerlərə dövlət dəstəyi məqsədilə əkin sahələri və heyvnaların sığortalanması üzrə sığorta haqqının yarısını dövlət ödəyir. Nəticədə fermerlər olduqca kiçik məbləğdə sığorta haqqı ödəməklə əkin sahələri və heyvanlarını sığortalaya bilərlər.
Belə ki, Quba və Qusar rayonlarında (Quba-Xaçmaz iqtisadi rayonu) 1000 manatlıq məhsul götürülən buğda sahəsinin hər hektarının sığortalanması fermerlərə cəmi 5,5 manata, arpa sahəsinin sığortalanması isə cəmi 7 manata başa gəlir.
Məhsuldarlığın misbətən aşağı olduğu dəmyə ərazilərində isə hər hektar üzrə sığorta haqqı daha da aşağıdır.
Bu məbləğ müqabilində əkin sahələri təbii fəlakətlərdən, o cümlədən qasırğa, fırtına və doludan, yanğın, eləcə də 3-cü şəxslərin hərəkətlərindən sığortalanır.
Fermerlər bitkilərin aqrar sığortası şərtlərinin və sığorta haqlarının olduqca əlverişli olduğunu bildiriblər.
Görüşdə bildirilib ki, qiyməti 1000 manatdan başlayan inəklərin sığortalanması fermerə 30-47 manata başa gəlir. Qiyməti 1500 manat olan inəklərin sığortalanması üçün 45-71 manat, 2000 manata olan inəklərin sığortalanması isə 61-95 manat tələb olunur.
Bu məbləği ödəməklə inəkləri təbii fəlakətlər, yanğın, yoluxucu xəstəlik və zəhərlənmələr, ilən və həşarat sancmasından ölüm, zəhərli ot və yemdən zəhərlənmədən ölüm, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətlərindən sığortalamaq olar.
Görüşdə iştirak edən fermerlər və yerli sakinlər sığorta şərtləri, sığortalanma və ödəniş prosedurları barədə suallar veriblər, bütün suallar Aqrar Sığorta Fodunun nümaynədələri tərəfindən ətraflı cavablandırılıb.
Bildirilib ki, sığorta hadisəsi baş verdikdə lazımi sənədlər təqdim ediləndən sonra 7 gün ərzində sığorta ödənişi fermerin hesabına keçirilir.
Fermerlər şimal bölgəsində geniş yayılan meyvə bağlarının nə vaxtdan sığortalanacağı ilə maraqlanıblar. Onlara bildirilib ki, qanunvericiliyə dəyişikliklər hazırlanır və yaxın vaxtlarda sığortalanan məhsulların – bitki və heyvanların siyahısı böyüyərək 40-a çatdırılacaq. Eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin siyahısı genişləndiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 6 d. əvvəl
-
12 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
15 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 37 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
Ən çox oxunanlar
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)










.jpg)

