Çin təzə qaydalar qoyur: həftədə 3 dəfə, ancaq axşam saat 8-dən 9-a qədər...
Öncəki qaydalar gündə ən azı 1 saatdan çox icazə verirdi...Çin hökuməti uşaq və yeniyetmələr üçün yeni qaydaların tətbiqinə başlayır.
Marja xəbər verir ki, dünən ölkənin Milli Mətbuat və Nəşriyyat qurumunun dərc etdiyi sənədə görə, 18 yaşdan aşağı yeniyetmə və uşaqların həftədə 3 saatdan artıq video-oyunlar oynamasına icazə verilməyəcək.
Hökumət bunu uşaqların fiziki və psixi sağlamlığını qorumaq məqsədilə etdiyini açıqlayıb. Yeni qaydalara görə, iri video-oyun şirkətləri (Tencent, NetEase və s.) 18 yaşdan aşağı şəxslər üçün oyunları yalnız həftə sonları və dövlət bayramları zamanı axşam saat 20:00-dan 21:00-a kimi aktiv edəcək. Qalan vaxtlarda oyunlar uşaq və yeniyetmələr üçün bloklanmalıdır. Üstəlik, gerçək adı ilə qeydiyyatdan keçməyən istifadəçilər bloklanacaqlar.
Statistikaya görə, hazırda Çində müxtəlif video-oyunlar oynayan 110 milyon uşaq və yeniyetmə var. 2019-cu ildə qəbul edilmiş qaydalar daha uzun müddətə - həftə içi hər gün saat yarım oyun oynamağa icazə verirdi.
Çinin ən iri texnologiya şirkəti Tencent qaydaları dəstəklədiyini bildirib. Xatırladaq ki, cari ilin iyulundan etibarən Tencent uşaq və yeniyetmələr üçün mobil oyunlarda üz tanınması sistemi tətbiq edib.
Yeni qaydaların oyun şirkətlərinin gəlirlərinə təsir edəcəyi şübhəsizdir. Hazırda Çin video-oyun bazarı 65 milyard dollar həcmində qiymətləndirilir.
Xəbərina ardınca Tencent və NetEase-in səhmləri 3% dəyər itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)
















