bp və tərəfdaşları ABB Tech Akademiyasını dəstəkləməkdə davam edir
31 avqust tarixində, layihə ilk qrupun məzun buraxılışını qeyd edibbp və onun Azərbaycanda əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları ABB-nin təşəbbüsü ilə həyata keçirilən “ABB Tech Akademiyası” təlim proqramına öz dəstəyini davam etdirəcək.
bp-dən Marja-ya daxil olmuş məlumata görə, layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin yaranmasına dəstək vermək məqsədi daşıyır və bp və tərəfdaşlarının Azərbaycanda ümumi mütəxəssis potensialının inkişafına töhfə vermək öhdəliyinin bir hissəsidir.
bp bu layihəyə təxminən bir il əvvəl qoşulub və ABB ilə birlikdə ümumilikdə 200 nəfər Azərbaycan vətəndaşının təlimini maliyyələşdirməyi nəzərdə tutur.
Dünən, 31 avqust tarixində, layihə ilk qrupun məzun buraxılışını qeyd edib. Bu qrupun təlimləri ötən ilin dekabr ayında başlamışdı. Məzunlara ABB Tech Akademiyası tərəfindən proqramı bitirdiklərinə dair sertifikatlar təqdim olundu. Məzunların təlim zamanı əldə etdikləri bilik və bacarıqlar onlara öz işlərində daha effektiv olmağa imkan verəcək və daha geniş məşğulluq imkanları yaradacaq.
Hazırda həmin proqram üzrə ikinci qrupun təlimləri davam edir, üçüncü qrup isə bu il müfəssəl seçim prosesindən sonra təlimlərə başlayacaq.
ABB Tech Akademiyasının məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil peşəkarlar yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




