Dünyada ən sürətli mobil internet bu operatordadır
Genişzolaqlı internetdə isə lider başqasıdır...Qlobal internet sürətini ölçən Speedtest.net saytının sahibi Ookla şirkəti yeni reytinq siyahısı dərc edib.
Marja xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri telekommunikasiya şirkəti Etisalat (Emirates Telecommunication Group Company) ardıcıl 2-ci il dünyanın ən sürətli mobil internet operatoru seçilib.
Saniyədə 193.88 meqabit orta yükləmə sürəti ilə Etisalat iyul 2020-iyul 2021 dövründə Speedtest reytinqində 150 balı keçən yeganə mobil operator olub. Şirkət hazırda 5-ci nəsil simsiz mobil internet (5G) texnologiyalarını geniş tətbiq edir.
1976-cı ildə qurulmuş Etisalat BƏƏ-də yeganə internet provayderidir. Şirkət ötən ili 14 milyard dollardan çox gəlir və 2,5 milyard dollar xalis mənfəətlə başa vurub. Etisalat-ın hazırkı bazar dəyəri təxminən 53 milyard dollara yaxındır.
BƏƏ həm də qlobal indeksdə cari ilin yanvar-iyun aylarında mobil internetin orta yükləmə sürətinə görə liderdir. İlk 5-likdə daha sonra Cənubi Koreya, Qətər, Çin və Kipr gəlir.
Sabit genişzolaqlı internet sürətinə görə isə siyahıya Monako başçılıq edir (256,70 meqabit/saniyə). Sonrakı yerləri Sinqapur, Honq Konq, Tayland və Rumıniya tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)




