Avqustda Azərbaycandan pomidor ixracı dayanıb
2021-ci ilin 8 ayında (yanvar-avqust ) Azərbaycandan 128 milyon 212 min dollar dəyərində 119 min 104 ton pomidor ixrac olunub. 2021-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 128 milyon 161 min dollar dəyərində 119 min 40 ton pomidor ixrac olunmuşdu. Beləliklə, avqust ayında ixrac demək olar ki, dayanıb (Avqustda cüzi - 51 min dollarlıq 64 ton pomidor ixrac edilib). 2020-ci ilin avqust ayında da Azərbaycandan pomidor ixracı cüzi olmuşdu.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin 8 ayında dəyər ifadəsilə 23,2%, miqdar ifadəsilə 22,7% azalıb. 2020-ci ilin 8 ayında Azərbaycandan 167 milyon 39 min dollar dəyərində 154 min 119 ton pomidor ixrac edilmişdi.
Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi ixracın düşməsinə səbəb olmuşdur. Rusiyanın məhdudiyyətləri ləğv etməsilə Maydan pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.
İyuldan yenidən pomidor ixracının aylıq həcminin azaldığı müşahidə edilir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
49 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
53 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
56 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 57 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü

























