Azercell Mobil Müştəri Xidmətləri Şuşada!
Aparıcı mobil operator işğaldan azad olunmuş Qarabağda müştərilərinə xidmət göstərən ilk şirkət oldu(®) Qədim Şuşa şəhəri də daxil olmaqla, Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında yenidənqurma və bərpa işləri genişləndikcə daha çox insanın bu ərazilərə səfər etməsi və işləməsi üçün imkan yaradılır. Fasiləsiz mobil rabitəni təmin edən texniki heyətlə yanaşı, “Azercell”-in müştəri xidmətləri də artıq şirkətin şəbəkəsinin əhatə dairəsindən faydalanan abunəçilərə tam dəstək vermək təşəbbüsü ilə çıxış edir.
Bununla əlaqədar, 22-23 sentyabr tarixlərində Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə uzun bir səfər təşkil edərək, tam sayda müştəri xidmətlərini fəaliyyətini gerçəkləşdirdi. Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyəti və bu yaxınlarda istifadəyə verilən Qarabağ mehmanxanasının yaxınlığında yerləşən böyük meydanda Azercell Müştəri Xidmətləri komandası hazırda Şuşada olan və çalışan müxtəlif abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla, 200-ə yaxın abunəçiyə xidmət göstərilərək 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar bütün Şuşa abunəçiləri üçün pulsuz həyata keçirildi.
Hazırda Azercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Azercell Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir. Şirkətin Mobil Müştəri Xidmətlərinin Şuşa səfəri yaxın zamanlarda Qarabağın digər rayonlarına planlaşdırılan çoxsaylı səfərlərdən ən birincisi oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)



