Maliyyə Nazirliyi Qazaxıstanın baş bankiri ilə olan görüşü təkzib etdi

Azərbaycan Maliyyə Nazirliyi Londonda maliyyə naziri Samir Şərifovla Qazaxıstanın Milli Bankının sədri Daniyar Akişev arasında keçirilmiş görüşə dair informasiya agentliklərindən biri tərəfindən yayılmış xəbəri təkzib edib.
Həmin xəbərdə deyilirdi ki, Qazaxıstan Milli Bankının sədri bu ölkənin Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırılmış 250 milyon dollarının geri qaytarılmasına dair üç variant təklif edib. Lakin Samir Şərifov bildirib ki, Qazaxıstan Milli Bankının bu pulu geri tələb etməyə hüquqi əsası yoxdur və təkliflər qəbul edilmir.
Bu məlumatla bağlı Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, Samir Şərifovun Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev arasında hər hansı görüş keçirilməyib.
Piriyev əlavə olaraq bildirib ki, ümumiyyətlə, ötən gün kreditorlarla keçirilən görüşdə Qazaxıstan Milli Bankının sədri iştirak etməyib, Beynəlxalq Bankın restrukturizasiya proqramının təqdimatı çərçivəsində S.Şərifovun xarici kreditorlarla hər hansı təkbətək görüşü də keçirilməyib.
Maliyyə nazirinin yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovla birgə dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən “Bloomberg”, “Reuters”, “Financial Times”, “The Wall Street Journal” və başqaları, eləcə də “Fitch Ratings”, “Standard & Poor's” və “Moody's” beynəlxalq reytinq agentliklərinin nümayəndələri ilə görüşləri keçirilib.
O ki qaldı Londonda ABB-nin bütün kreditorlarına, o cümlədən Qazaxıstan Milli Bankına təqdim olunmuş xarici kreditorlar qarşısında olan öhdəliklərin restrukturizasiyası proqramının detallarına M.Piriyev bildirib ki, bu barədə ABB-nin mayın 23-də yaydığı press-relizdə ətraflı məlumat verilib.
M.Piriyev restrukturizasiya proqramının elan olunmasının Azərbaycanın uzunmüddətli maliyyələşməsinə mənfi təsirinin olacağı barədə iddiaları da şərh edib:
“11 may tarixində ABB-nin sağlamlaşdırılmasının növbəti mərhələsinin başlanması ilə əlaqədar məlumatların dərcindən sonra Azərbaycanın xarici bazarlarda ticarət olunan dövlət qiymətli kağızlarının gəlirliliyində, əsasən də spekulativ addımlar səbəbindən müəyyən artım (4,35% səviyyəsindən 4,61% səviyyəsinədək) müşahidə olunsa da, 23 may tarixində restrukturizasiya planının ətraflı açıqlanmasından sonra qeyri-müəyyənlik aradan qalxdığından gəlirlilik dərəcəsi əvvəlki səviyyəyə qədər enmiş və hal-hazırda 4,35-4,40% həddində ticarət olunur.
Bu isə Azərbaycan dövlətinin buraxdığı istiqrazlara marağın yüksək qalmasının göstəricisidir”.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
31 d. əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
-
47 d. əvvəl
AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib
-
58 d. əvvəl
Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 10 saat əvvəl
-
16 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
Ən çox oxunanlar

Əliyev Danimarkada səfərdədir, ziyafətdə iştirak edib

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Netflix-in səhmləri İlon Maskın izləyicilərini xidmətə abunəliyi ləğv etməyə çağırandan sonra ucuzlaşıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
