ABB mobile-da “Fayda” var!
İlk dəfə qeydiyyatdan keçərkən ilkin olaraq 2000 xoşgəldin “Fayda”sı qazanacaq(®️) ABB özünün yeni loyallıq proqramını təqdim edib. ABB mobile tətbiqinin müştərilərə özəl bölməsində yerləşdirilmiş “Fayda” proqramından tətbiqin hər bir istifadəçisi yararlana bilər.
Ödənişlərini ABB mobile tətbiqi ilə edən müştərilər “Fayda”lar toplayırlar. Toplanmış “Fayda”larla bəzi bank məhsulları, endirim kuponları və müxtəlif hədiyyələr qazanmaq olar.
Hər bir müştəri ABB mobile tətbiqində ilk dəfə qeydiyyatdan keçərkənilkin olaraq 2000 xoşgəldin “Fayda”sı qazanacaq. Topladığı “Fayda”ları balansında dərhal görə biləcək. Ondan sonra ABB mobile ilə 1 manatdan çox məbləğdə etdiyi hər ödəniş ona yeni “Fayda”lar qazandıracaq. Gələcəkdə mobil tətbiq istifadəçiləri daha çox üsullarla “Fayda”lar qazana və onları xərcləyə biləcəklər.
Toplanmış “Fayda”lar 1 il müddətində qüvvədədir. ABB mobile istifadəçisi tətbiqin “Tarixçə” bölməsindən hər bir əməliyyat üçün son istifadə tarixini mütəmadi izləyə bilər. Vaxtı bitmiş “Fayda”lar etibarsız sayılır və bərpa olunmur. Bank “Fayda”lardan vaxtında yararlanmaq üçün müştərilərə xüsusi təkliflər təqdim edir.
ABB mobile müştərilərə bir çox bank əməliyyatlarını cəmi bir neçə toxunuşla həyata keçirmək imkanı yaradan mobil bankçılıq həllidir. Tətbiqi buradan yükləyib istifadə etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























