Səudiyyə Ərəbistanının investisiya fondu İngiltərənin futbol klubunu aldı
Səudiyyə Ərəbistanından bir dövlət investisiya fondu İngiltərənin "Newcastle" (Nyukasl) futbol klubunun yeni sahibi olub.
Marja xəbər verir ki, bu barədə "Newcastle" mətbuat xidməti məlumat yayıb.
Fondun klubun 100% səhmlərinə sahib olacağı bildirilir. Fondun rəhbəri Yasir əl-Rumayyan, klubun idarə heyətinin icraçı olmayan sədri olacaq.
"İngilis futbolunun ən məşhur klublarından olan" Newcastle"ın yeni sahibi olmaqdan çox qürur duyuruq. Azarkeşlərə illər boyu göstərdikləri böyük dəstəyə görə təşəkkür edirik. Onlarla birlikdə çalışmaqdan məmnun olarıq", -Əl-Rumayyan bildirib.
"Daily Mail"ə görə, müqavilənin məbləği 305 milyon funt sterlinqdir (təxminən 415 milyon dollar).
Son 14 ildə "Newcastle" britaniyalı iş adamı Michael Ashle-yə məxsus idi. O, "Sports Direct" idman mağazalar şəbəkəsinə də sahibdir. Avqust ayında İngilis mətbuatı, İngiltərə Premyer Liqası rəhbərliyinin müdaxiləsi nəticəsində klubu satmaq müqaviləsinin pozulduğunu yazmışdı.
2020/21 mövsümündə "Nyukasl" İngiltərə Çempionatında 12-ci yeri tutub.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
22 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Ən çox oxunanlar
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















