“Dəli adam”ın şirkəti 100 milyard dolları ötüb
Bu nəticə ilə dünyada ikinci ən böyük özəl şirkətdir...Amerikalı milyarder, Tesla-nın qurucusu və fərqli açıqlamaları ilə tez-tez gündəmdə olan Elon Mask-ın daha bir şirkəti - dünyanın ən iri özəl kosmos xidmətləri provayderi SpaceX-in bazar dəyəri artıb.
Marja xəbər verir ki, son dəfə cari ilin fevralında 74 milyard dollara çatan SpaceX səhmlərin təkrar daxili satışı nəticəsində 100 milyard dolları ötüb.
2002-ci ildə planetlərararası səyahət (o cümlədən Marsa və Aya) məqsədilə qurulan şirkət hazırkı bazar dəyəri ilə Çinin ByteDance şirkətindən sonra dünyanın ikinci ən dəyərli özəl biznes qurumudur. Şirkət bazar dəyərində ilk 1 milyard dollara 2012-ci ildə çatıb. İndiyə qədər 6 milyard dollardan çox səhmdar kapitalı cəlb edən SpaceX hazırda NASA-nın ən iri kosmos əməliyyatları tərəfdaşıdır.
SpaceX kosmos tarixində bir çox ilkləri edən özəl şirkət olaraq da tanınır. Bura ilk özəl maliyyə əsasında qurulmuş raketin kosmosa buraxılması (2008), kosmosa yük çatdıran ilk özəl şirkət (2012), kosmik raketi okeana endirən ilk özəl kompaniya (2016), Beynəlxalq Kosmik Stansiyaya Amerikan astronavtlarını aparan ilk özəl şirkət (2020) və başqaları daxildir.
SpaceX həm də ən iri kommersiya əsaslı peyk internetinin provayderidir. İndiyə qədər şirkətin Starlink proqramı çərçivəsində hazırda 14 ölkədə 100 mindən artıq abonentə peyk interneti çatdıran 1740 peyk buraxılıb. Aylıq internet xidmət haqqı 99 dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 20 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























