Yaponiya neftin yüksək qiymətinə qarşı hərəkətə keçib - KÜVEYT İLƏ MÜZAKİRƏ
Yaponiya və Küveyt xarici işlər nazirləri neftin qiymətini müzakirə ediblər
Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi və küveytli həmkarı Əhməd Nasir əs-Sabah bazar ertəsi günü telefon danışıqları zamanı dünya bazarında neftin qiymətinin artması ilə bağlı vəziyyəti müzakirə etdilər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.
Qeyd olunur ki, danışıqlar əsnasında Motegi, Küveyt hakimiyyətini neft bazarını sabitləşdirmək, xüsusən də istehsalını artırmaq üçün əməkdaşlığa çağırıb.
Qeyd edək ki, Bazar ertəsi günü Yaponiya hökumətinin başçısı Fumio Kişida, nazirlər toplantısında, hasilatı artırmaq istəyi ilə neft istehsal edən ölkələrə müraciət etməyi tapşırıb.
Oktyabrın 18-də Tokio Ticarət Birjasında neftin qiyməti digər birjalarda oxşar tendensiyalar və xammala olan tələbatın artması fonunda üç ilin ən yüksək səviyyəsini yeniləyib. Belə ki, gələn ilin mart ayında tədarük ediləcək bir kilolitr (təxminən 6.289 barel) Dubay neftinin qiyməti indi 56.820 yen (497 dollar) təşkil edir ki, bu da bir həftə əvvəlki qiymətdən təxminən 13 dollar çoxdur. Bu, 2018 -ci ilin oktyabr ayından bu yana ən yüksək göstəricidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
