Azərbaycanda sabit internetin sürəti azalıb
Azərbaycan 138 ölkə arasında 2 pillə geriləyərək 64-cü yerdə qərarlaşıb.Bu ilin sentyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 40,69 Mbit/s təşkil edib.
"Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici avqust ayı ilə müqayisədə 3,6% artıb. 2021-ci ilin sentyabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti avqust ayının göstəricisi ilə müqayisədə 3,8% artaraq 15,39 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 63,15 Mbit/s və 13,37 Mbit/s təşkil edib. Sentyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında 2 pillə geriləyərək 64-cü yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (238,06 Mbit/s), Cənubi Koreya (202,61 Mbit/s) və Norveç (177,72 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 25,10 Mbit/s, çıxış sürəti isə 26,88 Mbit/s təşkil edib. Bu göstəricilər avqust ayı ilə müqayisədə müvafiq olaraq 1 və 1,3% azalıb.
Sentyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 3 pillə geriləyərək 127-cü yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Monako – 261,82 Mbit/s, Sinqapur – 255,83 Mbit/s və Honkonq (SAR) - 254,70 Mbit/s olub. Sentyabrda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 113,25 Mbit/s və 62,45 Mbit/s təşkil edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)















.jpg)
