Tesla-dan rekord satış və mənfəət
“Texnokral”ın şirkəti ikinci dəfə 1 milyardı keçib...Ən iri elektrikli avtomobil istehsalçılarından biri, 15%-lik payla bazarın əsas oyunçusu olan Tesla dünən cari ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, qalmaqallı milyarder Elon Maskın şirkəti tarixində 2-ci dəfə bir rübdə 1 milyard dollardan artıq mənfəət əldə edib.
Çip böhranı və təchizat problemləri fonunda əksər istehsalçılarda satış həcminin azalmasının əksinə olaraq, Tesla sentyabrın sonunda bitən rübdə satışlarını artıraraq, bütün modellərdən cəmi 241 300 ədəd elektromobil təchiz edib. 13,76 milyard dollarlıq gəlirin 12,06 milyard dolları avtomobil biznesindən, 806 milyon dolları günəş enerjisi və batereya biznesindən, 894 milyon dolları xidmətlər və digər gəlirlərdən ibarətdir.
Şirkətin 3-cü rüb üzrə xalis mənfəəti 1,62 milyard dollar təşkil edib. Xatırladaq ki, öncəki rübdə Tesla 1,14 milyard dollar mənfəət əldə etmişdi.
XXX
Tesla-nın üçüncü rübdəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 57% artıb. Bunu çərşənbə günü dərc olunan maliyyə hesabatları göstərir.
Dərc olunan məlumatlara görə, son üç ay ərzində (iyul-sentyabr) şirkətin gəlirləri 13,76 milyard dollar təşkil edib, ötən ilin eyni dövründə bu rəqəm 8,77 milyard dollar idi.
Şirkət ekspertlər tərəfindən gözlənilən 13,9 milyard dollarlıq gəlirdən bir qədər geri qalıb, lakin Tesla səhm üzrə dividendlərin həcminə görə mütəxəssislərin gözləntilərini üstələyib ki, bu da ötən ilki 0,76 dollara qarşı indi 1,86 dollar təşkil edir.
Y model kompakt yolsuzluq avtomobili və Model 3 dördyerlik sedan hal-hazırda ən böyük satış gəlirlərini təmin edir. Tesla üç ay ərzində bu elektrik avtomobillərindən təxminən 229 min ədədini yığıb.
Tesla, iş adamı Elon Musk tərəfindən 2003-cü ildə quruldu. Əvvəlcə Tesla Motors adlanırdı, sonradan Tesla adlandırıldı. Əvvəlcə şirkət yalnız elektrikli avtomobillərin istehsalında ixtisaslaşmışdı, lakin sonradan günəş panelləri və batareya istehsalı ilə də məşğul oldu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)







