Türkiyə bankının Azərbaycandakı törəməsi böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” QSC 2021-ci ilin 9 ayını 4 milyon 805 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Marja Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) “Yapı Kredi Bank Azərbaycan” QSC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 26 milyon 928 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 22 milyon 123 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 5 milyon 90 min manat ayırdığından və 461 min manat mənfəət vergisi ödədiyindən cari ilin 9 ayını 746 min manat xalis zərər ilə bağlayıb.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”ın cəmi əməliyyat gəlirləri 30 milyon 724 min manat, cəmi əməliyyat xərcləri 21 milyon 83 min manat, əməliyyat mənfəəti 9 milyon 640 min manat təşkil etmişdi. Bank ehtiyatlara 7 milyon 393 min manat ayırdığından və 673 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 1 milyon 574 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Yapı Kredi Bank Azərbaycan”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 7 milyon 674 min manat və ya 2,2% artaraq 355 milyon 958 min manata çatıb.
“Yapı Kredi Bank Azərbaycan” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 19 milyon 676 min manat və ya 13,2% artaraq 169 milyon 28 min manata yüksəlib. O cümlədən, Bankın biznes kreditləri portfeli 16 milyon 424 min manat artaraq 112 milyon 704 min manata yüksəlib.
ŞİRKƏTLƏRİN HESABLARINDA VƏSAİT ARTIB
2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə “Yapı Kredi Bank Azərbaycan”da depozitlər 1 milyon 734 min manat artaraq 30 Sentyabr 2021-ci il tarixində 249 milyon 717 min manata çatıb. O cümlədən, hüquqi şəxslərin depozitləri 10 milyon 694 min manat artaraq 181 milyon 6 min manata yüksəlib.
30 Sentyabr 2021-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 73 milyon 820 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı ötən ilin sonunda 73 milyon 771 min manat təşkil etmişdi.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin səhmdarları 99,98% payı ilə "Yapı Kredi Bankası" (Türkiyə), 0,01% payı ilə "Yapı Kredi Yatırım Menkul Değerler" (Türkiyə) və 0,01% payı ilə "Yapı Kredi Finansal Kiralama"dır (Türkiyə).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







