"PAŞA Kapital" şirkəti “Azərbaycan Supermarket”in 10 milyon manatlıq istiqraz buraxılışını həyata keçirdi
İstiqrazlar investorlar tərəfindən böyük marağa səbəb olub. Belə ki, təklif edilən həcm 10 milyon manat olsa da, sifarişlərin ümumi məbləği 27 milyon manat təşkil edib.
(®) Doqquz ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
Hərrac yekunlarına əsasən istiqrazlar investorlar tərəfindən böyük marağa səbəb olub. Belə ki, təklif edilən həcm 10 milyon manat olsa da sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon manat təşkil edib.
Hərrac nəticəsində istiqrazların kəsmə qiyməti 1,032.4225 AZN (9.25%), orta ölçülmüş qiyməti 1,039.9676 AZN (8.9658%) müəyyən edilib.
Qeyd edək ki, istiqrazın illik faiz dərəcəsi 10.5 %, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödəniləcək.
AZƏRBAYCANIN ƏN BÖYÜK İNVESTİSİYA ŞİRKƏTİDİR
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılmış və 2021-ci ilin ilk doqquz ayında Bakı Fond Birjasındaəməliyyat dövriyyəsini təqribən 10,2 milyard manata çatdırmaqla bu göstəriciyə görə ölkənin ən iri investisiya şirkətinə çevrilmişdir. Şirkət müştərilərə vasitəçilik, anderraytinq, marja ticarəti və digər investisiya xidmətləri təklif edir. Qeyd edək ki, şirkət “CBONDS” beynəlxalq maliyyə agentliyi tərəfindən “İlin ən uğurlu ilkin bazar yerləşdirməsi” mükafatına layiq görülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat sonra
-
19 d. əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
-
- 22 d. əvvəl
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 53 d. əvvəl
-
57 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Azərbaycan neftinin son qiyməti

Mercedes modellərinin satışı zəifləyib - YENİ İŞÇİ İXTİSARI

Rəsmi məzənnələr açıqlandı

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Ən çox oxunanlar

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

2 gündə Bakıda dəyəri 10 milyard dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
