Manat “çox əhəmiyyətli” revalvasiya təzyiqi ilə üzləşib - "Bunu açıq və net deyirəm”
“Nə Azərbaycan hökumətinin, nə də Mərkəzi Bankın Manatın ucuzlaşdırılması barədə planları yoxdur, bunu açıq və net deyirəm”
Azərbaycan manatı revalvasiya təzyiqi ilə üzləşib.
Marja.az xəbər verir ki, bu barədə faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Qeyd edək ki, devalvasiyaya əks proses olan revalvasiya – hər hansı bir valyutanın digər valyutalar qarşısında dəyərinin artmasıdır.
“Nə bu il, nə də növbəti il makroiqtisadi sabitlik, o cümldən, manataın məzənnəsinin dayanıqlığı üzərində heç bir təhlükə yoxdur”, - Elman Rüstəmov deyib.
Elman Rüstəmov əlavə edib ki, Manatın məzənnəsi “çox əhəmiyyətli” möhkəmlənmə təzyiqləri altındadır:
“Əksinə valyuta bazarında olan situasiya göstərir ki, (valyuta hərraclarında təklif tələbi üstələyir - red) Manatın məzənnəsi “çox əhəmiyyətli” möhkəmlənmə təzyiqlərilə qarşı - qarşıyadır. Biz bu təzqiyin ilin sonuna qədər bir qədər neytrallaşacağını gözləyirik. Bu gün söhbət, cari situasiya ilə Manatın məzənnəsinin möhkəmlənməsi təzyiqindən gedir. Manatın məzənnəsinin azaldılması, dəyərdən salınması istiqamətində heç bir təzyiq görmürük. Nə Azərbaycan hökumətinin, nə də Mərkəzi Bankın Manatın ucuzlaşdırılması barədə planları yoxdur, bunu açıq və net deyirəm. Bu ilin proqnozları və növbəti ilin proqnozları Azərbaycan Manatının məzənnəsinin dayanıqlığı üzərində qurulub. Əhalini həyacanlandırmaq düzgün deyil”.
AZƏRBAYCANA DAXİL OLAN VALYUTANIN, ÇIXAN VALYUTANI ƏHƏMİYYƏTLİ ÜSTƏLƏYƏCƏYİ GÖZLƏNİLİR
Elman Rüstəmov qeyd edib ki, bu il neft qiymətləri yüksəkdir: “Azərbaycanın ixracı, o cümlədən qeyri-neft ixracı artır, idxalı isə daha zəif sürətlə artır. Biz 2021-ci ilin sonunda tədiyyə balansında əhəmiyyətli profisit gözləyirik. Bütün beynəlxalq təşkilatlar neft qiymətləri üzrə proqnozlarını artırıblar. Azərbaycanın yeni makro-iqtisadi proqnozları və 2022-ci ilin dövlət büdcəsi neftin qiyməti 50 dollar götürülərək hesablanmışdır. Bütün hesablamalar Manatın mövcud məzənnəsi ilə (Dollar/Manat - 1.70 AZN - red) aparılıb”.
"VALYUTA HƏRRACLARININ 84%-İNDƏ TƏKLİF TƏLƏBİ ÜSTƏLƏYİB, 1,2 MİLYARD DOLLLAR SATILMAYIB"
Mərkəzi Bankın sədri bildirib ki, cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilmiş valyuta hərraclarının 84%-inndə təklif tələbi üstələyib:
"Cari ildə keçirilmiş 81 valyuta hərracında cəmi 4,9 milyard dollar satılıb ki, bu da orta hesabla hər hərracda 60 milyon dollar satışın olduğu deməkdir. İlin qalan dövründə keçiriləcək hərraclarda satış üçün qalan vəsait 2,4 milyard dolllar təşkil edir, bu da qalan hər hərracda orta hesabla 130 milyon dollar satış imkanının olduğu deməkdir. Bugünə Dövlət Neft Fondunun qənaəti, yəni qrafikdən geri qalması 1,2 milyard ABŞ dollarını üstələyir".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
