“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
(®) “Nar” mobil rabitə bazarında yerli kadrların yetişdirilməsi və gənclərin təhsili başa vurduqdan sonra qısa müddət ərzində peşəkarlara çevrilməsi məqsədilə texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Mobil rabitənin əsasları” təlimini təşkil edir. Təlim ödənişsiz əsasda və ali məktəb rəhbərliyinin təşkilati dəstəyi ilə keçirilir.
Əsas mövzusu mobil şəbəkənin iş prinsipi və rabitə texnologiyaları olan “Mobil rabitənin əsasları” təlimi ali məktəblərin tədris proqramına faydalı əlavə kimi tələbələri mobil rabitənin təcrübi tərəfi barədə bilgiləndirir. Belə ki, bu təlim “Nar”ın peşəkar texniki heyəti tərəfindən hazırlanır və həyata keçirilir. Bu səbəbdən, təlimdə iştirak edən tələbələr bilikləri birbaşa olaraq işin peşəkarlarından öyrənir və onlara maraqlı olan sualları “Nar”ın nümayəndələrinə ünvanlaya bilirlər.
Təlimin sonunda mobil rabitə sahəsində öyrəndikləri yeni biliklərin göstəricisi olaraq tələbələr “Nar” tərəfindən sertifikatlarla təltif edilir. Bu il ilk təlim Azərbaycan Texniki Universitetinin tələbələri üçün keçiriləcək.
Qeyd edək ki, 2021-ci ilin əvvəlində KSM strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti və “Nar” rəhbərliyi arasında görüş keçirilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilmişdi. Keçirilən bu təlim də mobil operatorun korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan Texniki Universitetilə nəzərdə tutulan əməkdaşlıq istiqamətlərindən biridir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























