Sorğu iştirakçılarının əksəriyyəti Maskın Tesla səhmlərinin 10%-ni satmaq variantını dəstəkləyib
Tesla şirkətinin qurucusu İlon Mask, Twitter istifadəçilərindən, Tesla səhmlərinin 10%-ni satıb-satmamasına qərar vermələrini istəyib. Nəticədə 3,5 milyondan çox sorğu iştirakçısının 57,9%-i qiymətli kağızların mümkün satışını dəstəkləyib. Bundan sonra sahibkar təsdiqləyib: “Mən istənilən nəticəni qəbul etməyə hazır idim”.
Sahibkar İlon Mask Twitter səhifəsində, qurduğu Tesla şirkətinin səhmlərinin 10%-ni satıb-satmaması barədə sorğu keçirib.
Marja xəbər verir ki, Mask sorğuda,"Son dövrdə reallaşmamış qazancların vergi qaçırmaq olduğuna dair müzakirələr davam edərkən, Tesla səhmlərinin 10%-ni satmağı təklif edirəm. Siz dəstəkləyirsinizmi?" sualını verib.
Keçirilən sorğuda səs verən Twitter istifadəçilərinin əksəriyyəti onun Tesla şirkətinin səhmlərinin 10%-ni satmaq variantını dəstəkləyib.
Şənbə-bazar günləri keçirilən sorğunun yekun məlumatlarına görə, 3,5 milyondan çox seçicinin 57,9%-i Maskın şirkətdəki müəyyən payını satmalı olduğunu düşündüklərini bildiriblər.
Tesla-nın qurucusu səsvermənin nəticələrinə sadiq qalacağını bildirib. Musk səsverməyə yekun vurduqdan sonra "Mən istənilən nəticəni qəbul etməyə hazır idim" deyib.
Real vaxt rejimində aparılan “Forbes” (“Forbes”) milyarderlərinin reytinqinə əsasən, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları keçən ilk şəxs olub.
Tesla səhmləri, İlon Maskuın Twitter-dəki təqibçilərinin 10%-lik səhm satışına "bəli" demələrindən sonra bazarlar açılmadan əvvəlki əməliyyatlarda 7% ucuzlaşıb.
Demokratların təklif etdiyi milyarderlər vergisi təsdiq edilərsə dünyanın ən varlı insanlarından biri olan Mask böyük vergilər ilə qarşı-qarşıya qalacaq.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
11 d. əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.
-
- 28 d. əvvəl
- 51 d. əvvəl
-
59 d. əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb.

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
