“ASAN ödəniş” "Azərikard" sisteminə inteqrasiya ediləcək
“ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin ödənişlərinin avtomatlaşdırılacaq12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) ilə "Azərikard" MMC arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
MArja xəbər verir ki, Memorandumun istiqamətlərindən biri Azərikard Təmassız Texnologiyalar Alyansı (ATTA) çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən xidmətlərin ödənişlərinin avtomatlaşdırılmasıdır ki, bununla da vətəndaşların vaxtına daha da qənaət olunması və məmnunluğunun artırılması nəzərdə tutulub.
Əməkdaşlıq eləcə də “ASAN ödəniş” sistemində mövcud olan ödənişlərin "Azərikard" ödəniş sisteminə inteqrasiya edilməsi və elektron ödənişlər zamanı istifadəçi əlçatanlığının təmin olunmasını ehtiva edir.
Memoranduma əsasən Dövlət Agentliyi tərəfindən təşkil edilən yeni “StartupFest” çərçivəsində innovativ layihələrin hazırlanması və tətbiqi üzrə də əməkdaşlıq həyata keçiriləcək. “StartupFest” əməkdaşlığının məqsədi ən son texnologiyaları və yanaşmaları istifadə etməklə ödəniş və xidmət sahələrində startap layihələrini təşkil etmək və vətəndaşların istifadəsinə təqdim etməkdir. Birgə əməkdaşlıq çərçivəsində, həmçinin "Fintek" sahəsində hakatonların və birgə digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
EHİM müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir.
Azərbaycanın ilk prosessinq mərkəzi olan "Azərikard" 25 ildir ki, müştərilərin xidmətindədir. Hazırda mərkəz 15 yerli və 2 xarici banka xidmət göstərir. Müasir texnologiyaların və innovativ həllərin tətbiqi “Azərikard”ın fəaliyyətində prioritet istiqamətlərdən olaraq qalmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























