Avstriya şirkəti Azərbaycanda su elektrik stansiyas tikmək istəyir
Avstriyanın “Voith Hydro” şirkəti Azərbaycanda yeni su elektrik stansiyası (SES) tikmək istəyir.
Bunu şirkətin regional satış meneceri Fatih Haskiliç bildirib.
O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb.
“Bizim bu sahədə böyük təcrübəmiz var. Türkiyə, Gürcüstan və İranda SES-lər tikmişik. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də SES tikirik. Paralel olaraq yeni SES-lərin inşası üçün danışıqlar aparırıq. Müzakirələrin yekununda yeni stansiyaların yeri və gücü məlum olacaq”, - deyə F.Haskiliç qeyd edib.
Avstriyalı iş adamları Qarabağa səfər edəcək
Gələn ilin aprel-may aylarında Avstriyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək.
Bunu Avstriyanın İqtisadiyyat Palatasının Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbəri Georq Karabazçek deyib.
O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb.
G.Karabazçekin sözlərinə görə, Avstriya şirkətləri Qarabağda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqldıır: “Layihələri nəzərdən keçirəcəyik və uyğun olanlara qoşulmağı düşünürük”.
Azərbaycandakı Avstriya şirkətlərinin sayı arta bilər
Bu il Avstriyanın 100 şirkəti Azərbaycanda biznes qurmaq, yerli şirkətlərlə əməkdaşlıq etmək üçün məsləhət almaq məqsədi ilə Avstriyanın İqtisadiyyat Palatasına müraciət edib.
Bunu Palatanın Azərbaycan, Gürcüstan və Türkiyə üzrə bürosunun rəhbərinin müavini Eva Vaythaler bildirib.
O, bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Bakıda keçirilən Azərbaycan və Avstriya sakibkarlarının B2B görüşündə danışıb.
E.Vaythaler əlavə edib ki, hazırda 15 Avstriya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onlar əsasən ölkəyə əczaçılıq məhsullarının və spirtsiz içkilərin idxalı ilə məşğuldur.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)
