Almaniya şirkətləri Azərbaycan dəmir yolları ilə əməkdaşlığa maraqlıdır
“Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər“Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı şirkətlərinin nümayəndə heyətləri ilə görüş təşkil edilib.
“Azərbaycan Dəmir Yolları”nın yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolu” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər.
Qeyd edək ki, 2020-ci ilin fevral ayında Slovakiyada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.
Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.
Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı təkliflərini səsləndiriblər.
Tərəflər yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
- 16 d. əvvəl
- 20 d. əvvəl
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 2 saat əvvəl
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər olacaq
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə





















