PMD Projects öz tərəfdaşlarına təşəkkür etdi - FOTOLAR
(®) 24 noyabr tarixində şəhərimizin seçilən məkanlarından birində “PMD Projects” MMC tərəfindən “Tərəfdaşlara Təşəkkür Tədbiri” keçirilmişdir.
Tədbirdə PMD Projects tərəfindən icra olunan layihələrin sifarişçiləri və tərəfdaşlarını təmsil edən səlahiyyətli nümayəndələr iştirak etmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd PMD Projects tərəfindən həyata keçirilən təmir, tikinti və bərpa layihələrinin maraqlı tərəflərinə göstərdikləri etimada görə təşəkkür ifadə etmək, hazırda həyata keçirilən layihələrin icrası ilə bağlı onlara məlumat vermək və tərəfdaşları bir araya gətirmək olmuşdur.
Qeyd edək ki, PMD Projects PMD-yə daxil olan və daşınmaz əmlak layihələrinin təmir, tikinti və bərpasının planlaşdırılması və idarə olunması sahəsində fəaliyyət göstərən bir tikinti şirkətidir. Yerli peşəkarlardan ibarət təcrübəli heyəti ilə şirkət Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, iaşə obyektlərinin, eləcə də, kənd təsərrüfatı təyinatlı obyektlərin tikintisini həyata keçirir. Nümunə kimi ölkəmizdə mühüm layihələrdən sayılan “Lənkəran İstisu və Sağlamlıq Mərkəzi”nin tikintisini, “Şərq Bazarı”-nın bərpa və yenidənqurmasını, “Köhnə Travmatologiya Binası”-nın bərpa və yenidənqurmasını (hazırkı “Bakı Kitab Mərkəzi”) göstərmək olar.
Şirkətin digər layihələri və fəaliyyəti ilə daha ətraflı tanış olmaq üçün www.pmdprojects.az linkinə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 24 d. əvvəl
-
2 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
-
4 saat əvvəl
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
-
4 saat əvvəl
"Tramp İranın neftini və uranını ələ keçirmək üçün əməliyyatları nəzərdən keçirir”
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Hörmüz gərginliyi Avropada qaz qiymətlərini 100 avrodan yuxarı qaldıra bilər"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Ən çox oxunanlar
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb






















