TANAP-ın tikintisinin 72,4%-i başa çatıb, sınaq işlərinə başlanacaq
2018-ci ilin yanvar ayında Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərində (TANAP) qazla sınaq işlərinə başlanacaq.
Bunu Bakıda jurnalistlərə açıqlamasında "SOCAR Turkey Enerji A.Ş."-nin baş direktoru Zaur Qəhrəmanov bildirib.
"Aprel ayının sonuna TANAP-ın tikintisinin 72,4%-i başa çatıb. Layihə üzrə işlər qrafikə uyğun davam etdirilir. Gələn ilin yanvar ayında boru kəmərində qazla ilk sınaqlara başlanacaq. Gələn ilin ortalarına isə TANAP istismara hazır olacaq", - deyə Z.Qəhrəmanov qeyd edib.
Onun sözlərinə görə, hazırda sınaq mərhələsində hansı qazın istifadə olunması məsələsi müzakirə olunur: "Böyük ehtimalla bu, "Şahdəniz" qazı olmayacaq. Boru kəmərinin sınaq işləri üçün təxminən 1-2 mlrd.kubmetr qaz lazım olacaq".
Qeyd edək ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təxminən 12%-ni təkbaşına təmin edəcək. TANAP-ın Əskişəhərə qədər uzanan hissəsinin 2018-ci ilin iyun ayının sonunda tamamlanması hədəflənir.
Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
9 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
10 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
10 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
10 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)
















.jpg)
