Bank, işçilərin olmadığı xidmət mərkəzini istifadəyə verdi
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib.3 dekabr tarixində Yelo Bank ilk özünəxidmət mərkəzini istifadəyə verdib.
Bankın yaydığı məlumatda bildirilir ki, sözügedən mərkəz LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb və 8 Noyabr prospekti 108 ünvanındakı LUKOYL YDM ərazisində yerləşir.
Bu mərkəzin yaradılmasında əsas məqsəd müştərilərə daha yaxın olmaq və göstərilən xidmətlərin operativ həyata keçirilməsidir. Qeyd edək ki, ölkəmizdə Parlaq Bankçılıq şüarı altında fəaliyyət göstərən Yelo Bankın əsas prioritetlərdən biri müştərilərin daha çox vaxt sərf etdiyi xidmətlərin və bank əməliyyatlarının rəqəmsallaşmasıdır.
Ənənəvi filiallardan fərqli olaraq Özünəxidmət Mərkəzində müştərilər bank əməkdaşının iştirakı olmadan, terminal və planşetlər vasitəsilə ilə bir çox xidmətlərdən 24/7 rejimində, fasiləsiz yararlana bilər. Kartdan vəsaitin nağdlaşdırılması, kart və cari hesaba mədaxil, müxtəlif ödənişlərlə bərabər, burada müştərilər növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə nağd pul, biznes kreditləri və kart sifarişi edə bilər. Qeyd edək ki, Yelo Bank təqdim etdiyi yeni xidmətlər sayəsində müştərilərə rəqəmsal kanallar vasitəsilə, o cümlədən özünəxidmət mərkəzindən sifariş etdikləri kart və nağd pul kreditlərinin filiala gəlmədən alınması imkanını da yaradır.
Yelo Bankın İdarə heyətinin sədri Anar Həsənov LUKOYL Azərbaycan ilə strateji əməkdaşlığın real nəticələrinin əldə edilməsinə çox şad olduğunu bildirib: "Bu konsept həm Yelo Bank, həm də bank sektoru üçün yenilikdir. Əməkdaşlığımızın daha da genişləndirilməsi üzrə böyük planlarımız var. Yaxın gələcəkdə yalnız Bakıda deyil, həmçinin regionlarda da yeni özünəxidmət mərkəzlərinin açılması planlaşdırılır. Bu layihədə əsas məqsədimiz müştərilərimizə yaxın olmaq və daha çox insana keyfiyyətli distant bank xidmətlərinin çatdırılması yoluyla maliyyə savadlılığının artırılmasıdır. İnanırıq ki, qıısa zamanda bu mərkəzlər ənənəvi xidmət göstərən böyük filiallarla rəqabət edə biləcək".
LUKOYL Azərbaycanın direktoru Zaur Cəlilov mərkəzin açılışı zamanı qeyd edib: “Yeni inkişaf planımıza əsasən müştərilərin xidmət nöqtələrimizdə yalnız yanacaqdoldurma deyil, həmçinin fərqli tələbatlarını ödəmək imkanı yaratmağa çalışırıq. Hesab edirəm ki, bu gün istifadəyə verilmiş özünəxidmət mərkəzi həm Yelo Bank, həm də LUKOYL Azərbaycan müştərilərinin rahatlığını artıracaq. Bu və gələcək layihələrimizin hər iki tərəf üçün faydalı olacağından əminəm”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
4 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























