Azərbaycanda 5 BOKT-un aktivləri 15 milyon manatdan çoxdur - ADLARI
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 4-ü (“Azfinans”, “Azkredit”, “FNC” və “Nas Project”) mikromaliyyə bazarına 2021-ci ildə, 4-ü (“Azpul”, “Finans Kredit”, “Optimal Finance” və “Prior Credit”) isə 2020-ci ildə daxil olub.
Ötən il fəaliyyət göstərmiş 50 BOKT-dan 8-i – “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian İnvest”, “Finans Kredit”, “Omni Finance”, “Para” və “Pro Kredit” illik maliyyə hesabatını açıqlamayıb. Hesabat vermiş qalan 42 BOKT-dan 5-nin aktivləri bu il yanvarın 1-nə 15 milyon manatdan çox olub. Bunlar “Aqrarkredit” (12 229,042 milyon manat), “Embafinans” (34,429 milyon manat), "FİNKA Azərbaycan" (26,204 milyon manat), “Finoko” (24,877 milyon manat) və "M Bulak"dır (15,367 milyon manat). 29 BOKT-un aktivləri 1-15 milyon manat arasında, 8 BOKT-un aktivləri isə 1 milyon manatdan azdır.
Həm ötən il, həm də əvvəlki il fəaliyyət göstərmiş 42 BOKT-dan 14-ü ötən il aktivlərini artırıb. Bunlar “MJ Financial Services”, “TCF”, “Birkart”, “Kredex”, “Falcon Finance”, “Brand Credit”, “City Finance”, “International”, “Regional”, “Avrasiya-Kredit”, “Qafqaz Kredit”, “Inkişaf üçün Maliyyə”, “Kəpəz” və “İdeal Kredit”dir. Ən yüksək dinamika “MJ Financial Services”də (12,8 dəfə), ən aşağı dinamika isə “İdeal Kredit”də (1,2%) qeydə alınıb.
Qalan 28 BOKT isə aktivlərini azaldıb. Ən çox azalma “Viza Kredit”də (65%), ən az azalma isə “Azmikroinvest”də (0,1%) qeydə alınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























