PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
(®) “SME Banking” beynəlxalq klubun Ekspert Şurası tərəfindən 2021-ci ildə apardığı regional bazarda kredit məhsullarının öyrənilməsinin nəticələrinə həsr olunmuş yekun iclas keçirilib. Beləliklə, dərc edilmiş nəticələrə əsasən, KOS-ların dövriyyə kapitalının artırılmasına yönəlmiş məhsulların arasında PAŞA Bankın “Onlayn Biznes Kredit” regionda ən yaxşı bank məhsulu kimi tanınıb.
“SME Banking ” beynəlxalq klubun araşdırmasında Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxıstan, Ukrayna və digər MDB ölkələrindən 200-dən çox bankın təklif etdiyi təminatlı və təminatsız kredit məhsulları təhlil edilib. Rahatlıq, sürət və innovativlik kimi amillər regional bazarda ən yaxşı məhsulların müəyyənləşdirilməsində əsas meyar kimi istifadə edilmişdir. Tədqiqat KOS seqmentində həm hüquqi şəxslərə, həm də fərdi sahibkarlara təklif olunan maliyyə məhsullarını əhatə edib.
PAŞA Bankın KOS sahəsinin rəhbəri Aleksandr Qolovkonun sözlərinə görə, Bankın 2021-2023-cü illər üçün İnkişaf Strategiyasında əsas prioritetlərdən biri kiçik və orta biznes seqmentində sahibkarlarla işgüzar əlaqələrin daha da gücləndirilməsidir.
“Son illər ərzində bank hesabının onlayn açılması, onlayn formatda kreditin verilməsi kimi təqdim etdiyimiz innovativ məhsullar və biznesin inkişafı üçün digər əlverişli və effektiv vasitələr bazar oyunçularının fəaliyyitlərinin artırılmasına, rəqabətin gücləndirilməsinə və müasir texnoloji həllərindən daha da geniş istifadəyə yönəltmək kimi üstünlüklər əldə edilib. Əminik ki, fəal inkişaf edən KOS seqmenti bundan sonra da real sektorun inkişafına, o cümlədən Azərbaycan iqtisadiyyatının hazırki uğurlu şaxələndirilməsinə töhfə verməyə davam edəcək”, - deyə A. Qolovko yekunlaşdırıb.
Bu linkə daxil olaraq PAŞA Bankın “Onlayn Kreditlər” məhsulu haqqında daha ətraflı məlumat əldə edə və kredit üçün müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib





























