Tesla-nın rəqibininin səhmlərini almaq tövsiyə olunur - BAHALAŞMA PROQNOZLARI
Amazon tərəfindən dəstəklənilən və keçən ay səhmlərinin bir hissəsini birjada satmış elektrikli avtomobil (elektromobil) istehsalçısı Rivian üçün analitiklərin böyük bir qisimi "Al" tövsiyəsini verirlər. Rivian-ın Tesla ilə rəqabət edə biləcək tək şirkət ola biləcəyi düşünülür.Amazon tərəfindən dəstəklənilən elektrikli avtomobil istehsalçısı Rivian, liderliyini Tesla-nın etdiyi elektrikli avtomobil bazarında yer tuta bilmək məqsədilə ötən həftə səhmlərinin ilkin kütləvi təklifini (İPO) reallaşdırmışdı.
Marja.az xəbər verir ki, 78 dollara təklif edilən Rivian-ın səhmləri 1 həftə ərzində 172 dollara çatdıqdan sonra geriləyərək hazırda 104 dollar səviyyəsindədir.
Wall Street-dəki analitiklər isə Rivian-ın Tesla ilə elektrikli avtomobil bazarında rəqabət apara biləcək tək şirkət olduğunu düşünürlər.
Morgan Stanley-in analitiki Adam Jonas, 147 dollar hədəf qiymət ilə Rivian səhmləri alınması tövsiyəsini verib. O, şirkətin lazım olan bütün strateji xüsusiyyətlərə sahib olduğunu söyləyib.
Piper Sandler-in analitiki Aleksandr Potter isə bir çox şirkətin Tesla-nın müvəffəqiyyətini əldə etməyə çalışdığını lakin müvəffəqiyyətli ola bilmədiyini qeyd edərək, "Rivianı digərlərindən ayıran şey batareya və proqram texnologiyası daxil şaquli inteqrasiya strategiyasıdır" deyib. Potter Rivian üçün hədəf qiymətini 148 dollar olaraq təyin edib.
Deutsche Bank da Rivianın böyük və gəlirli bir şirkət olması üçün bənzərsiz xüsusiyyətlərə sahib olduğunu bildirib. Rivianın Amazon ilə əlaqəsinin əhəmiyyətli olduğunun vurğulayan Deutsche Bank, 130 dollar hədəf qiymət ilə "səhmini al" tövsiyəsini edib.
JP Morgan-ın analitiki Ryan Brinkman da Rivian-ın Tesla, Ford və General Motors kimi şirkətlərlə rəqabət apara biləcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
10 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
42 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub




















