Bakıda şirkət tam fərqli dizayda olan ofisini açıb

İyunun 2-də Bakı Media Mərkəzinin inzibati binasının rəsmi açılış mərasimi olub.
Mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
Azərbaycanın media sahəsində yeni və innovativ şirkəti olan Bakı Media Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Şirkət ötən müddətdə istər dövlət qurumlarının, istərsə də ayrı-ayrı təşkilatların sifarişi üzrə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar hazırlayaraq təqdim edib, müxtəlif videoçarxlar hazırlayıb, tanınmış yayım şirkətlərinə materiallar ötürüb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaradıb.
Bu qurumun inzibati binasının istifadəyə verilməsi ilə Bakı Media Mərkəzi fəaliyyətini daha da genişləndirəcək və təkmilləşdirəcək.
Açılış mərasiminə toplaşan qonaqları salamlayan Bakı Media Mərkəzinin prezidenti Arzu ƏLİYEVA dörd ildir fəaliyyət göstərən bu qurumun uğurlu irimiqyaslı layihələr həyata keçirdiyini bildirdi. “Əminəm ki, biz gələcək uğurlarımızı, nailiyyətlərimizi qeyd etmək üçün bir daha bu gözəl binada görüşəcəyik”, - deyə Bakı Media Mərkəzinin prezidenti vurğuladı.
İnformasiyanın ötürülməsində sosial medianın və internet resurslarının artan rolundan danışan Bakı Media Mərkəzinin direktoru Orman ƏLİYEV bu qurumun Arzu Əliyevanın rəhbərliyi ilə ötən dörd il ərzində bir sıra maraqlı və yaddaşlarda qalan beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini qeyd etdi. O vurğuladı ki, Bakı Media Mərkəzində peşəkar komanda formalaşıb və onlar ən müasir avadanlıqlarla təchiz ediliblər.
Sonra Bakı Media Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Bakı Media Mərkəzi birinci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, artıq ənənə şəklini almış “Tour d'Azerbaidjan” turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkilişlərində və yayımında bu sahədə kifayət qədər təcrübəsi olan Avropa şirkətləri ilə çiyin-çiyinə işləməklə öz potensialını nümayiş etdirə bilib.
Bakı Media Mərkəzinin binasının foyesində qoyulan “Dream” əsərinin müəllifi, rəssam Rəşad Mehdiyev Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışdı, Heydər Əliyev Fondunun mədəni irsimizin dünyada təbliği ilə bağlı gördüyü işlərdən ətraflı bəhs etdi. Rəssam vurğuladı ki, Bakı Media Mərkəzi fəaliyyətə başladığı gündən yaradıcı insanlara dəstək olur və onlara geniş imkanlar yaradır. Bu amildən ruhlanaraq “Dream” əsərini yaratdığını deyən rəssam gələcəkdə belə layihələrin davamlı olacağına əminliyini ifadə etdi və bu layihəyə dəstəyə görə Arzu Əliyevaya minnətdarlığını bildirdi.
Sonra “Dream” əsərinin açılışı oldu.
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və rəssam Rəşad Mehdiyev əsərin üzərindəki ağ örtüyü götürdülər.
Bu əsər güclü ruhlu qadın obrazını canlandırır. Daş plastikası üsulu ilə yaradılan əsərdə qədim tarix və müasirlik vəhdət təşkil edir.
Orijinal üslubda inşa edilən Bakı Media Mərkəzinin binası iki il ərzində ərsəyə gəlib. Binada avadanlıqların nümayiş olunduğu və saxlanıldığı bazalar, foto və videoçəkiliş pavilyonları, işıq avadanlığı üçün xüsusi anbarlar yaradılıb. Mərkəzin montaj otaqları, səsyazma studiyaları və arxivi də müasir texnoloji avadanlıqla təmin edilib. Bakı Media Mərkəzinin həyətindəki qapalı depo xüsusi çəkiliş maşınları və avadanlıqları üçün nəzərdə tutulub.
Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına verib. Bir neçə il əvvəl Fransanın C&C şirkəti ilə birlikdə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təəssürat yarada bilsin.
Bu filmlərin hamısı Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə həyata vəsiqə qazanıb.
Sonda xatirə şəkli çəkdirildi.
© Azərtac
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
- 9 saat əvvəl
-
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 23 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
23 saat əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 23 saat əvvəl
-
23 saat əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Son Xəbərlər

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Qlobal Qida Qiymətləri İndeksi Avqust ayında sabit qalıb

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı
Ən çox oxunanlar

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
