Azərbaycanda həyat sığortası 24%, qeyri-həyat sığortası isə 8% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 348 milyon 406 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankın statistikasına görə, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 24% çoxdur.
Ötən 11 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 419 miylon 508 min manat təşkil edib. Bu isə illik müqayisədə 8,3% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 6,9% azalaraq 229 miylon 904 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 38,4% artaraq 199 milyon 945 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 86,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 47,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-noyabr aylarında müvafiq olaraq 87,9 manat və 37,3 manat olub.
Azərbaycanda könüllü sığorta 15%, icbari sığorta isə 16% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 528 milyon 899 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin yanvar-noyabr aylarına nisbətən 14,6% çoxdur.
Ötən 11 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,7% artaraq 239 milyon 16 min manata çatıb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 319 milyon 739 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 73,7% artaraq 110 milyon 111 min manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,45 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-noyabr aylarında 71,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,7 manatdan 46,1 manata çatıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit




















