“AZCHEMCO” şirkəti “SOCAR Logistics” şirkəti ilə müqavilə bağlayıb
"EXPO 2020" sərgisində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdə olan “AZCHEMCO” şirkətinin nümayəndələri “SOCAR Logistics” şirkəti ilə istehsal olunan məhsulların birgə realizəsinə dair müqavilə imzalayıblar.
"EXPO 2020" sərgisində iştirak edən şirkət nümayəndələri ilk növbədə Azərbaycanın sərgidə təmsil olunan “high-tech” pavilyonuna baş çəkiblər.
Şirkət nümayəndələri Azərbaycan istehsalçısı olaraq öz məhsul çeşidlərinin bu ölkələrdə satışının təşkil edilməsi ilə bağlı danışıqlar aparmaq və yeni razılaşmalar əldə etmək məqsədilə Türkmənistan və Özbəkistan unikal pavilyonlarını da ziyarət etmişlər.
"AZCHEMCO" şirkəti – özünə aid forumulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan suda həll olunan toz gübrələrin (NPK) istehsalna başlamış, həmçinin şoran torpaqlarla bağlı problemlərin həlli üçün özünə məxsus layihə təqdim edir.
“AZCHEMCO”-nun fəaliyyətinin əsas strateji istiqamətlərindən biri də münbit torpaqlardan istifadənin optimallaşdırılması, şoran torpaqların bərpası və ekoloji cəhətdən təmiz məhsulların yetişdirilməsi sahəsində FAO ilə əməkdaşlıq edir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
4 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
4 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
9 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
10 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb

























