Tanınmış PR mütəxəssisi İlkin Bağırov “Qızıl Buta” mükafatına layiq görülüb
Bu gün ənənəvi “Qızıl Buta” mükafatının təqdimetmə mərasimi keçirilib. Qaliblər müxtəlif nominasiyalar üzrə respondentlərin internet üzərindən sorğusu əsasında müəyyən edilib.
Mükafata layiq görülənlər arasında peşəkar jurnalist və ictimai kommunikasiyalar üzrə tanınmış mütəxəssis İlkin Bağırov (İlkin İzzət) da olub.
Nominant bu mükafatı təkcə özünə yox, onunla birgə çalışan insanların hamısına verilən qiymət kimi dəyərləndirib:
“Bu gün uğurlu PR layihələrinin həyata keçirilməsində fəaliyyətimə görə “Qızıl Buta” mükafatına layiq görüldüm. Hesab edirəm ki, bu təkcə İlkin Bağırov olaraq şəxsimə yox, son 2 ildə gecəli-gündüzlü yorulmadan mənimlə çiyin-çiyinə çalışan komandamın üzvlərinə, PR sahəsində fəaliyyətimdə dəstək olanların hər birinin əməyinə verilən qiymətdir.
Bu nominasiyada mənə səs verən, dəyərləndirən bütün respondentlərə, mükafatı təsis və təqdim edən DAİM Mərkəzinə və onun sədri Zaur Mirzə-zadə müəllimə dərin təşəkkürümü bildirirəm!”
Qeyd edək ki, İlkin Bağırov Dünya Azərbaycanlıları İctimai Maarif (DAİM) Mərkəzinin təşkilatçılığı ilə təqdim edilən “Qızıl Buta”ya ikinci dəfədir ki, layiq görülür. İlk dəfə bu mükafata ona 3 il əvvəl peşəkar jurnalist fəaliyyətinə görə verilib.
Xatırladaq ki, son 2 ildir jurnalistikadan uzaqlaşan İlkin Bağırov hazırda “Baku Steel Company” MMC-nin İctimai Kommunikasiyalar şöbəsinin rəisidir. Daha əvvəllər isə o, Azərbaycanda 4 böyük şirkətin PR departamentinə rəhbərlik edib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















