Bank Respublika və Portmanat "open banking" sahəsində növbəti bir ilkə imza atdılar!
(®) Ölkəmizin aparıcı rəqəmsal banklarından biri olan Bank Respublika, öz müştərilərinə Open banking layihəsi çərçivəsində Portmanat elektron pulqabı sistemi üzərindən ödəniş əməliyyatları apara bilmək imkanı yaradıb.
Ölkənin 2 məhşur ödəmə portalı ilə start verilən Open banking layihəsi Portmanat ilə yeni bir mərhələyə qədəm qoyub. Belə ki, daha öncə Bank Respublika müştəriləri Hesab.az və Epul onlayn ödəniş platforması üzərindən Open Banking xidməti sayəsində öz şəxsi hesablarını izləmək və hesab tarixçələrini nəzərdən keçirmək imkanı əldə etmişdilər.
Layihənin yeni mərhələsində isə, artıq Bank Respublika müştəriləri Portmanat elektron pulqabı sistemi üzərindən nəinki öz şəxsi hesablarını izləmək, eləcə də ödəniş əməliyyatları apara bilmək imkanı qazanıblar. Bu yenilik ilə Bank Respublika müştəriləri sadəcə banka aid rəqəmsal platformalar vasitəsilə deyil, eləcə də Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz olaraq ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Xidmətdən yararlanmaq üçün Portmanat saytı, yaxud mobil tətbiqində Bank Respublika hesabının məlumatlarını əlavə etmək kifayətdir.
“İlk öncə, Open Banking platforması üzərindən müştərilərimizə yeni imkanlar yaradan Portmanat şirkətinin rəhbərliyinə və bütün komandasına təşəkkür etmək istərdim. Qeyd etmək istərdik ki, Portmant bu sahədə əməkdaşlıq etdiyimiz ilk şirkətdir və bir ildən artıq davam edən birgə layihəmizin nəticəsində müştərilərimiz artıq Banka aid olmayan platforma vasitəsilə tam təhlükəsiz ödəniş əməliyyatları həyata keçirə biləcəklər. Əminəm ki, bu layihə fintex şirkətləri ilə əməkdaşlıq imkanlarımızı genişləndirərək ölkədə maliyyə sektorunun rəqəmsal transformasiyası prosesində keyfiyyətcə yeni mərhələ olacaqdır. Bank Respublika olaraq gələcəyin rəqəmsal bankçılığın mühüm bir hissəsi olacaq Open Banking-in ölkəmizdə inkişaf etdirilməsi sahəsində bundan sonra da yeni töhfələr verməyə davam edəcəyik”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov qeyd edib.
"Ölkəmizin ən təcrübəli və innovativ banklarından olan Bank Respublika rəhbərliyinə Open Banking sahəsində ilk tərəfdaş kimi Portmanatı seçdiyi üçün təşəkkürümü bildirirəm. Ümid edirik hazırda dünyada banklar arasında ən yeni texnologiyalardan sayılan Open Banking hər iki tərəfə və xüsusilə də müştərilərimizə faydalı olacaq, xidmətlərimizə əlavə dəyər qatmış olacaqdır. Eyni zamanda digər bankları da bu sahədə aktiv olmağa çağırırıq" - deyə Portmanat şirkətinin qurucusu Telman Axundov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























