Dekabrda hərraclarda valyuta satışı 1 milyard dollara çata bilər

2021-ci ilin Dekabr ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara 848,9 milyon ABŞ dolları satılıb.
Marja.az-ın heablamasına görə, bu, noyabr ayındakı satışdan cəmi 5 milyon dollar azdır. 30 Dekabr 2021-ci il tarixində də Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Əgər həmin hərracda da satış 100 milyon ABŞ dollarını ötərsə Dekabrda cəmi valyuta satışı 1 milyard dollara çata bilər.
2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb.
Son hərraclarda tələb və satış 100 milyon dollardan yüksək olur. Məsələn, 28 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda satış 120,9 milyon ABŞ dolları, 23 dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında isə 130,9 milyon ABŞ dolları təşkil edib.
Noyabr ayında və Dekabr ayının ötən dövründə keçirilmiş valyuta hərraclarında cəmi satış 1 milyard 702,8 milyon dollar təşkil edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 14 saat əvvəl
-
15 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
