Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qaz anlaşmasını təsdiq etdi
Türkiyə-Azərbaycan qaz anlaşma memorandumu təsdiq edilib, Azərbaycandan alınan 1,7 milyard kubmetr qaz "SOCAR Petrokimya" tərəfindən alınacaq.Dekabrda Türkiyə ilə Azərbaycan arasında imzalanmış təbii qazın tədarükünə dair anlaşma memorandumu Türkiyə Prezident tərəfindən təsdiq edilib.
Marja xəbər verir ki, "Rəsmi Qəzet"in bugünkü sayında dərc olunan razılaşma çərçivəsində Türkiyənin Azərbaycandan almağı öhdəsinə götürdüyü 1,7 milyard kubmetrə qədər təbii qaz 2024-cü ilin sonuna qədər "SOCAR Turkey Petrokimya AŞ" tərəfindən alınacaq.
Alınacaq qaz yalnız şirkətin öz ehtiyacları üçün istifadə olunacaq. Bunu həyata keçirmək üçün şirkət ilə BOTAŞ arasında hər il müqavilə bağlanacaq və məbləğ müəyyən edilərkən BOTAŞ-ın al, ya ödə öhdəlikləri nəzərə alınacaq.
İki ölkə Azərbaycanda hasil ediləcək və ya Azərbaycan ərazisindən ötürüləcək qazın maksimum həcmdə Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərləri ilə nəqli üçün lazımi səy göstərəcək. Həmçinin Türkiyə təbii qaz həcmlərinin daxili bazarında ticarəti üçün bütün lazımi dəstəyi verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
1 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
1 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
5 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























