Fayl paylaşma platforması "WeTransfer" səhmlərini satmağa hazırlaşır
Fayl paylaşma platforması "WeTransfer" səhmlərini Amsterdam birjasında ictimaiyyətə kütləvi təqdim etməyə (İPO) hazırlaşır. Marja xəbər verir ki, bu IPO reallaşarsa, 2022-ci ildə Avropanın ilk böyük IPO-su olacaqTəxminən 1 milyard avro dəyərində olan "WeTransfer" Amsterdam birjasında səhmlərini kütləvi təklif etməyə (initial public offering - İPO) hazırlaşır.
Marja xəbər verir ki, Şirkətin bu təklifdən 160 milyon avro cəlb etməsi gözlənilsə də, fayl paylaşma platformasının iki ən böyük investoru "Highland Europe Technology" və "HPE Institutional Fund II" də öz səhmlərini satacaq.
"WeTransfer"in Baş direktoru Gordon Willoughby, şirkətin 2021-ci ilin ilk üç rübündə gəlirlərini illik 64 faiz artıraraq 72 milyon avroya çatdırdığını və bütün ili 100 milyon avrodan yuxarı gəlir ilə bağlayacağını gözlədiklərini söyləyib.
Şirkətdən verilən açıqlamada qeyd olunub ki, təsisçi ortaq Bas Beerens açıqlanmayan məbləğdə səhm satacaq və kütləvi təklifdən sonra Müşahidə Şurasından istefa verəcək. Həmçinin şirkət IPO gəlirlərinin bir hissəsini şirkəti genişləndirmək üçün istifadə etməyi planlaşdırdığını bildirib.
"Highland Europe" (55 faiz) fayl paylaşımı və uzaqdan yardım kimi xidmətlər üçün yaradıcı qurğular hazırlayan şirkətin ən böyük səhmdarıdır. 2019-cu ildə investisiya şirkəti "HPE Growth" isə 35 milyon sərmayə müqabilində şirkətin 13 faiz payına sahib idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 11 d. əvvəl
- 19 d. əvvəl
- 39 d. əvvəl
- 55 d. əvvəl
-
56 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)







.jpg)






