Azərbaycan ərəb şirkətilə dənizdə külək enerjisi üzrə anlaşdı
240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Marja Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.
Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Nazir müavini Elnur Soltanov deyib: ““ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. Bu sənədin imzalanması “ACWA Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə və Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcək”.
“ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan deyib: “Bu gün Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən bizə olan etimadın nümayişidir və biz bu əhəmiyyətli nailiyyətlə strateji tərəfdaşlığımızı möhkəmləndirməkdən qürur duyuruq. Davamlı əməkdaşlığımız bizə bu gözəl ölkədə enerji keçidinə töhfə verməyə və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş milli enerji kompleksində yaşıl enerjinin payının artırılması məqsədinə nail olmaqda fəal rol oynamağa imkan verəcək.”
Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.
Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.
Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42800 MVt qoyuluş gücünə bərabər istehsal və 67.2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























