Mediasiya şurası və "MÜSİAD Azərbaycan" əməkdaşlığa dair protokol imzalayıb
Mediasiya şurası və Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi arasında əməkdaşlığa dair protokol imzalanıb.
"MÜSİAD Azərbaycan" dan MArja-ya verilən məlumata görə, Protokol Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin rəhbəri Rəşad Cabirli tərəfindən rəsmiləşdirilib.
Görüşdə Şura və MUSİAD Azərbaycan arasında əməkdaşlıq imkanlarından, kommersiya və əmək mübahisələrinin mediasiyada həllindən, mediasiyanın biznes mühitində təbliği, kommersiya mübahisələrinin mediasiya yolu ilə həlli və bir çox məsələlər müzakirə olunub.
Protokola əsasən MÜSİAD Azərbaycan üzvü olan şirkətlərin mediasiya proseslərində iştirakı tələb edildikdə Mediaisya Şurasının üzvü olan Mediasiya Təşkilatlları və mediatorlarla əlaqələndirmədə dəstəyin göstərilməsi həyata keçirləcək.
Qeyd edək ki, MÜSİAD 1990-cı ildə İstanbulda təsis edilib. Hazırda təşkilat öz sıralarında dünyanın müxtəlif ölkələrindən olan 11 000 şirkəti birləşdirir və 95 ölkədə fəaliyyət göstərir.
“AlbayrakGroup”, Türk Hava Yolları (THY), “Kalyon Group” və “Cengiz İnşaat” kimi Türkiyənin aparıcı şirkətləri də MÜSİAD üzvləri arasında yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























