Hökumətin ərzaq təminatı sahəsində “qırmızı xətt”ləri açıqlanıb - BAZA PRİNSİPLƏR
Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqlarla bağlı baza prinsipləri açıqlanıb. Baza prinsiplərində iki qırmızı xətt müəyyənləşdirilib. Bunlardan birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır.
Yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir.
Nazirlər Kabinetinin mətbuat xidmətindənverilən məlumata görə, bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.
- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
- Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;
- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;
- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır;
- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
13 d. əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
-
22 d. əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
29 d. əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 40 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu il 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırırıq "
-
3 saat əvvəl
"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb
Ən çox oxunanlar

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
