Azərbaycanda inflyasiyanın 2023-cü ildə 6%-dən aşağı düşəcəyi gözlənilir
“Mərkəzi Bankın Baza proqnoza görə 2022-ci ildə illik inflyasiyanın 6.6-7.1% intervalında olacağı gözlənilir. 2022-ci ildə inflyasiyanın əvvəlki illə müqayisədə azalacağının proqnozlaşdırılması əsasən dünya əmtəə qiymətlərində artımın və tərəfdaş ölkələrdə inflyasiyanın azalacağı, eləcə də monetar şəraitin sərtləşməsinin gözlənilən effektləri ilə izah edilir”.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın Faiz dəhlizinin parametrləri haqqında məlumatında deyilir.
Məlumatda qeyd edilib ki, digər şərtlərin sabit qalması və mövcud meyillərin davam etməsi halında 2023-cü ilin I rübündən sonra inflyasiyanın hədəf diapozonuna daxil olacağı proqnozlaşdırılır.
İnflyasiyanın risk balansında artırıcı amillərin rolu hələ ki, yüksək olaraq qalır.
Başlıca risk inflyasiya proqnozu üzrə baza ssenarinin reallaşmaması və yüksək inflyasiya idxalının davam etməsidir ki, bu da əsasən dünya əmtəə bazarlarında qiymət artımlarının və tərəfdaş ölkələrdə inflyasiya təzyiqlərinin davam etməsi, beynəlxalq təchizat zəncirində problemlərin qalması və aparıcı iqtisadiyyatlarda ərzaq ehtiyatlarının gücləndirilməsi ilə bağlı ola bilər. İnflyasiya gözləntilərinin yüksək və həssas olması iqtisadi subyektlərin qiymətqoyma davranışına təsir göstərən mühüm risk mənbəyi olaraq qalır. Bərpa olunan fiskal qaydalar çərçivəsində balanslı dövlət büdcəsinə nail olunması və büdcə kəsirinin dayanıqlı mənbələr hesabına maliyyələşməsi imkanlarının yaradılması makroiqtisadi sabitliyin mühüm şərtlərindən biri olaraq qalır.
İnflyasiyaya məhdudlaşdırıcı təsir edən amillərə ilk növbədə profisitli tədiyə balansı və neft transfertlərinin artması ilə dəstəklənən milli valyutanın məzənnəsinin dayanıqlığı aiddir. Digər tərəfdən monetar siyasətlə bağlı qəbul edilmiş qərarların inflyasiyaya məhdudlaşdırıcı təsirləri cari il ərzində davam edəcəkdir.
Hökumətin Mərkəzi Bankla birlikdə hazırda üzərində işlədiyi antiinflyasiya tədbirlərinin də qəbulu və reallaşması inflyasiya səviyyəsinə azaldıcı təsir göstərəcəkdir. Tədbirlər ölkədə makroiqtisadi sabitlik çərçivəsinin gücləndirilməsi, inflyasiya idxalının məhdudlaşdırılması, ölkədə istehlak malları, o cümlədən sosial əhəmiyyət daşıyan məhsulların istehsalının artırılması və təchizatının yaxşılaşdırılması, əsassız qiymət artımının məhdudlaşdırılması, habelə əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi kimi istiqamətlərdə işlənir.
Rəsmi statistikaya görə 2021-ci ildə illik inflyasiya 12%, orta illik inflyasiya 6.7% təşkil etmişdir. Orta illik baza inflyasiya isə 4.2% olmuşdur. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam etmişdir.
İllik ərzaq inflyasiyası 15.8% təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5-nü formalaşdırmışdır. Cari ilin yanvar ayında da davam edən ərzaq inflyasiyası dünya ərzaq qiymətlərinin dinamikasından əhəmiyyətli təsirlənir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son ildə 23.1%, o cümlədən un məmulatları üzrə 20.7%, süd məhsulları üzrə 17.4%, yağlar üzrə 36%, şəkər üzrə 33.6% yüksəlmişdir. Məhz dünya qiymətlərinin yüksəlməsi yanvar ayında istehlak səbətində əhəmiyyətli paya malik olan un və un məmulatlarının daxili bazarda bahalaşmasını qaçılmaz etmişdir.
Qeyri-ərzaq məhsulları üzrə qiymətlər son 1 ildə 7.7% yüksəlmişdir. Qeyri-ərzaq məhsulları arasında ən çox illik bahalaşma yanacaq məhsulları və inşaat materialları üzrə qeydə alınmışdır.
Xidmətlər son 1 ildə 10% bahalaşmışdır. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirləri davam edir.
İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır. 2021-ci ildə idxal qiymətləri 21%-dən çox artmışdır. İdxal qiymətlərinin yüksəlməsi öz növbəsində dünya əmtəə qiymətlərinin bahalaşması, daşınma-logistika xərclərinin yüksəlməsi, tərəfdaşlarda inflyasiya templərinin son onilliklərin tarixi maksimumuna çatması ilə izah edilir. Dünya Bankının məlumatlarına görə 2021-ci ildə enerji qiymətləri illik əsasda 77%, qeyri-enerji qiymətləri 20% yüksəlmişdir.
2021-ci ildə dünyada COVİD-19 əleyhinə kütləvi peyvəndləmənin aparılması, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması və iri miqyaslı fiskal-monetar stimul proqramlarının reallaşması şəraitində tələb-təklif uyğunsuzluğunun yaranması dünyanın əksər ölkələrində presedenti olmayan inflyasiya təzyiqlərinin artmasına səbəb olmuşdur. Ötən il ölkənin əsas ticarət tərəfdaşlarında inflyasiya qəbul edilmiş hədəfləri əhəmiyyətli üstələmişdir. 2021-ci ildə illik inflyasiya hədəflə müqayisədə ABŞ-da 2.4 dəfə, Avrozonada 2.6 dəfə, Rusiyada 2.1 dəfə, Qazaxıstanda 1.7 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2 dəfə, Gürcüstanda 4.6 dəfə, Türkiyədə isə 7.2 dəfə yüksək olmuşdur.
Pandemiyanın davam etməsi və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının təsirlərinin davam etməsi şəraitində ölkə daxilində istehsalçı qiymətlərinin yüksəlməsi də inflyasiyanın xərc amillərini fəallaşdırır. Son 1 ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 17%, nəqliyyat xidmətlərinin qiymət indeksi 5.8% artmışdır. Qiymətləndirmələrə görə dövlət tərəfindən tənzimlənən qiymətlərin illik inflyasiyaya təsiri 20%-i üstələyir.
Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Qiymətləndirmələr göstərir ki, ev təsərrüfatlarının inflyasiya gözləntiləri proqnozlaşdırılan inflyasiyanı üstələyir. Müəssisələrin də inflyasiya gözləntiləri artım meylini saxlayır. Monitorinqə cəlb edilən müəssisələr arasında son ayda inflyasiya gözləntiləri, xüsusilə də xidmət və tikinti sektorlarında yüksəlmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 13 saat sonra
-
-
38 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)








.jpg)






