MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib
Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyası (MÜSİAD) və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivlərini müzakirə ediblər.
Bu barədə Marja-ya MÜSİAD-dan daxil olan məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, bu birliyin perspektivlərini müzakirə etmək üçün bu gün mərkəzin direktoru İdris Musayev MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və qurum üzvləri ilə görüşüb.
Görüş əsnasında MÜSİAD bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyini qeyd edib.
R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycan gənc nəslin sahibkarlıq və peşə fəaliyyətinə cəlb edilməsində maraqlı olub.
“Gənc nəslin peşə fəaliyyəti və sahibkarlığa cəlb olunması çox mühümdür. MÜSİAD olaraq biz də bunun üçün addım atırıq”, - deyə o bildirib.
R.Cabirli onu da əlavə edib ki, MÜSİAD Azərbaycan bundan sonra da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığı davam etdirəcək və eyni zamanda, mərkəzə yeni layihələrin icrasında dəstək verəcək.
Bununla yanaşı, təhsil mərkəzinin tələbələrinin işlə təmin edilməsi üçün yeni layihə üzrə də işlərin başlandığı MÜSİAD Azərbaycan ofisi tərəfindən qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























