Dövlət bankı Bakıda yeni filialını istifadəyə verdi
Azər Türk Bank “Rəqəmsal 3” filialını istifadəyə verdi(®) Dövlət bankı Azər Türk Bankın xidmət şəbəkəsində daha bir yeni innovativ ofis fəaliyyətə başlayıb.
Bakı şəhəri, Neftçilər prospekti 67 ünvanda, Bakı Funikulyoruna yaxın ərazidə yerləşən bu filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.
Müştərilərin burada terminallar və kompüterlərdən özünəxidmət üçün istifadə etməklə, bank xidmətlərini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılıb.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir.
Azər Türk Bankın qurduğu ekosistem ən müasir sistemləri, bank məhsul və xidmətlərini yenilənən xidmət şəbəkəsi vasitəsilə müştərilərə təqdim etməyə imkan verir.
Yaxın zamanlarda Bankın eynilə bu konsepsiya üzərində daha dörd filialının istifadəyə veriləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, Azər Türk Bank son dövrdə “Rəqəmsal”, “Rəqəmsal 2” adlı innovativ ofislərini müştərilərin ixtiyarına verib.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud (012) 945 nömrəli Çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)








