Azərbaycanın şirkətlər qrupu informasiya texnologiyaları şirkəti təsis edib
Azərbaycanın “Mobil Group” şirkəti “Mobil Technologies” adlı yeni şirkətini təsis edib.
Bu barədə Marja-ya “Mobil Group” şirkətinin Direktoru Vüsal Xəlilov bildirib.
Onun sözlərinə görə, yeni təsis edilmiş “Mobil Technologies” isə əsasən texnoloji həllər və elektron biznes idarəetmə platformaları təklif edən informasiya texnologiyaları və proqramramlaşdırma şirkətidir. Şirkət yaxın gələcəkdə kiber təhlükəsizlik xidmtələrini də təklif etməyi planlaşdırır. Hazırda “Mobil Technologies” xidmət sahəsini genişləndirməkdədir. Bunun üçün bir neçə nüfuzlu xarici texnologiya şirkətləri ilə əməkdaşlıq üçün danışıqlar aparılır.
Qeyd edək ki, “Mobil Group” şirkətlər qrupudur. Bura “Mobil Broker”, “Mobil Logistics” və “Mobil Express” (Mobex) və “Mobil Technologies” şirkətləri daxildir.
"Mobil Broker" - kompleks gömrük təmsilçiliyi xidməti təklif edən gömrük brokeri şirkətidir. Mobil Broker gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçi rolunu oynayır. Vətəndaşlara və sahibkarlara idxal və ixrac zamanı bütün gömrükləmə işlərində yaxından dəstək olur. Onların adından gömrük rəsmiləşdirilmələrini həyata keçirib, qısa vaxtda təhvil verir.
"Mobil Logistics" - sürətli beynəlxalq daşımaları həyata keçirən etibarlı logistika şirkətidir. Şirkət dörd nəqliyyat yolu ilə - hava yolu, quru yolu, dəmiryolu və su yolu ilə yükdaşıma imkanına malikdir. “Mobil Logistics” dünyanın aparıcı hava yolları daşıyıcıları ilə də sıx əməkdaşlıq edir, IATA və FIATA kimi beynəlxaq təşkilatların üzvüdür.
Mobil Express (Mobex) - Türkiyə və Amerikadan bağlamaların hava yolu vasitəsilə sürətli daşınması ilə məşğuldur. Hazırda iki yerdə - Nizami və Həzi Aslanov metro stansiyası yaxınlığında olan filiallarımız ilə müştərilərə xidmət göstəririk. Yaxın gələcəkdə müştərilərin sifarişlərini əldə etmələri üçün filial və məntəqə saylarını genişləndirməyi planlaşdırırıq. Şirkətimiz müştəri məmnuniyyəti üçün onların istəklərini maksimum nəzərə alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



