AQTA və "Rospotrebnadzor" rəhbərləri videokonfrans formatında görüşüb
Fevralın 14-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova arasında videokonfrans formatında görüş keçirilib.
AQTA-dan verilən məlumata görə, görüşdə qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi və müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Q.Təhməzli qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin iki ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini bildirib.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə "Rospotrebnadzor"un müvafiq elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın qurulması, o cümlədən Rostov Mikrobiologiya və Parazitologiya Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova son illər iki ölkə arasında qida təhlükəsizliyi sahələrində əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu ifadə edib.
Sonda ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
29 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 30 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























