Qızılın qiyməti 8 ayın ən yüksək səviyyəsində
Qızıl 2021-ci ilin iyun ayından bəri ən yüksək qiymətlər ilə ticarət olunur, çünki investorlar geosiyasi risklərə diqqət yetirirlər.
Marja xəbər verir ki, investorlar geosiyasi gərginlik ilə əlaqədar olaraq "təhlükəsiz liman" alışlarına diqqət yetirdikləri üçün qızılın qiyməti son 8 ayda ən yüksək səviyyədədir.
Qlobal bazarlarda Ukrayna böhranı yeni həftənin ilk ticarət günündə qiymətlərə mənfi təsir göstərib. Eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin dialoqa açıq olduğu siqnalı gərginliyin müəyyən qədər azalmasına səbəb olub.
ABŞ Mərkəzi Bankının (FED) st. Louis şöbəsinin rəhbəri Ceyms Bullard bazar ertəsi CNBC-yə müsahibəsində iyul ayına qədər faiz dərəcələrini 100 baza bəndi artırmalı olduğunu təkrarlayıb. Fed-in "şahin" idarəçilərindən biri kimi tanınan Fed-in Kanzas Siti şöbəsinin rəhbəri Esther George inflyasiyanın azaldılması üçün FED-in kəmiyyət yumşaldıcı siyasətlərinin mümkün qədər tez dəyişdirilməsi lazım olduğunu bildirib. ABŞ-da inflyasiyanın sürətlənməi də qızılın bahalaşmasına səbəb olur.
İnvestorların Ukrayna ətrafında geosiyasi gərginliklərə əhəmiyyət verməsi ilə bahalaşan qızılın qiyməti 1880 dollara çatıb. Yanvarın 28-də qızılın unsiyasının qiyməti 1780 dollaradək düşmüşdü. Ötən dövrdə qızılın qiyməti 100 dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 11 d. əvvəl
-
- 31 d. əvvəl
- 34 d. əvvəl
-
39 d. əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















