"Ericsson İŞİD terror təşkilatına ödəniş edib" - SƏHMLƏRİ KƏSKİN UCUZLAŞDI
İsveçin Ericsson telekommunikasiya şirkətinin səhmləri İraqda nəqliyyat marşrutuna çıxış üçün İŞİD terror təşkilatına ödəniş etdiyi iddiasından sonra ucuzlaşıb.
Marja xəbər verir ki, Şirkətin baş direktoru Borje Ekholm "Dagens Industri" qəzetinə verdiyi müsahibəsində İraqda müəyyən nəqliyyat marşrutlarına giriş üçün İŞİD terror təşkilatına pul ödəmiş ola biləcəklərini deyib.
Stokholmda yerləşən şirkətin səhmləri məlumatdan sonra erkən ticarətdə 8,5% ucuzlaşıb.
Baş direktor 2018-ci il üçün qeyri-adi xərclər müəyyən etdiklərini, lakin pulun son alıcısını müəyyən edə bilmədiklərini söyləyib. Ekholm əlavə edib ki, terrorizmin maliyyələşdirilməsi qəbuledilməzdir və heç vaxt yolverilməzdir.
Şirkətin dünən verdiyi açıqlamada İraqdakı fəaliyyətlərin araşdırıldığı bildirilib.
Handelsbanken analitikləri bildiriblər ki, şübhəli ödənişlər ABŞ Ədliyyə Nazirliyinin 2019-cu ildə yekunlaşan korrupsiya araşdırmasının bir hissəsi ola bilər və onlar yeni istintaqın açılmasını gözləmirlər. Analitiklər istintaqın şirkətin səhmlərinə daha mənfi təsir göstərə biləcəyini qeyd edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







