Azərbaycan Fondu kənar audit xidmətlərinin göstərilməsi üzrə müqavilə imzaladı
PwC Azərbaycan Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilibQarabağ Dirçəliş Fondu ilə PwC Azərbaycan arasında kənar audit xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Fondun yaydığı məlumata görə, PwC Azərbaycan müqavilə çərçivəsində, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun şəkildə hazırlanmış, 31 dekabr 2021 tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının auditini həyata keçirəcək.
Müqaviləni Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev imzalayıblar.
Xatırladaq ki, 20 dekabr 2021-ci il tarixində Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə PwC Azərbaycan Fondun kənar auditoru kimi təsdiq olunub.
Qeyd edək ki, PwC dünyanın peşəkar xidmətlər göstərən ən iri şəbəkələrindən biridir. PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Qlobal şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 300 min nəfərə yaxındır.
Şikrət Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb və hazırda şirkətin Azərbaycandakı ofisində dünyanın bir sıra ölkələrindən 150-ə yaxın mütəxəssis çalışır.
200,000-dən çox qlobal təşkilat, o cümlədən “Fortune Global 500” reytinq cədvəlindəki şirkətlərin 84%-i PwC şirkəti ilə əməkdaşlıq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)








